İngiltərə 6 ölkəni qırmızı siyahıya saldı


İngiltərə koronavirus tədbirləri səbəbilə 6 ölkəyə qarşı məhdudiyyətlər tətbiq edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin nəqliyyat naziri Qrant Şapps məlumat verib. O bildirib ki, Dominik Respublikası, Eritreya, Haiti, Küveyt, Monqolustan, Tunis və Uqandaya qarşı məhdudiyyət 30 iyundan etibarən tətbiq olunacaq. Həmin ölkələrdən İngiltərəyə gələn sərnişinlər 10 gün karantində qalacaqlar.
Bundan başqa nazir qeyd edib ki, Malta, Madeyra və Balear adalarına qoyulan məhdudiyyət aradan qaldırılaraq, bu ölkələrin adı yaşıl siyahıya salınacaq. Şapps İsrail və Qüdsün də yaşıl siyahıya salınması istiqamətində iş getdiyini bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top