Lənkəranda əmisi oğlunu və bibisi nəvəsini güllələyərək öldürən şəxs saxlanılıb - VİDEO


Lənkəranda odlu silahla qohumlarını öldürən şəxs saxlanılıb. 

Axtarılan və qətlləri törədən Seymur Şiriyev əlində ov tüfəngi ilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şübhəlinin əmisi oğlu 1987-ci il təvəllüdlü Elmar Sərdar oğlu Fərəcov və bibisi nəvəsi 1992-ci il təvəllüdlü Alim Müqabil oğlu Mirzəyevi hansı səbəbdən qətlə yetirdiyi hələlik bəlli deyil.

Hazırda onun ifadəsi alınır. Hadisənin meşəlik ərazidə baş verdiyi bildirilib. Hadisə lüləsi kəsilmiş ov tüfəngi ilə törədilib.

 

 

//apa

 

DİGƏR XƏBƏRLƏR

Top