Xətaidə sakinlər yolu bağladı, icra başçısı hadisə yerinə gəldi – VİDEO


Xətai rayonu, Gəncə prospekti 103 ünvanında yaşayan sakinlər binaların həyətində aparılan tikintinin qarşısını almaq məqsədi ilə yolu bağlayıblar.
Yeniavaz.com xəbər verir ki, sakinlərlə görüşə  Xətai rayonunun icra hakimiyyəti başçısı Rafiq Quluyev gəlib. 

Sözügedən tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mətbuat katibi Ramiz İdrisoğlu da açıqlama verib.

Xəzər TV-yə danışan qurum rəsmisi bildirib ki, həmin ərazidə çoxmərtəbəli yaşayış layihələndirilməsi üçün MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.06.2017-ci tarixli 267 nömrəli sərəncamı ilə icazə verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən də həmin ünvanda yaşayış binasının tikintisinə qeyd edilən sərəncamlar və aidiyyəti dövlət qurumlarının rəyləri əsasında icazə var.

Qeyd edək ki, ərazidə tikintini aparan "Sultan E" MMC-dir.

DİGƏR XƏBƏRLƏR

Top