Putin Paşinyanı zəng edib qələbə münasibətilə təbrik etdi


Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlidən açıqlama verilib.
Açıqlamada bildirilir ki, telefon danışığı zamanı Putin Paşinyanı növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. 
“Tərəflər regiondakı vəziyyət, 9 Noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatların bəndlərinin tətbiqindəki irəliləməyə toxunublar”, - deyə məlumatda bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top