"Səfər qolu" qaydası ləğv edildi - UEFA-dan vacib YENİLİK


UEFA 2021/2022 mövsümündən "səfər qolu" qaydasını ləğv edib.
Bu barədə UEFA məlumat yayıb.
Məlumatda bildirilir ki, qolların sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası baş tutacaq.
Qeyd edək ki, "səfər qolu" qaydasına görə iki komanda arasında "səfərdə" və "evdə" oynanılan oyunlarda qollar bərabər olduğu zaman, "səfərdə" daha çox qol vuran komanda qalib gəlmiş hesab olunurdu. 

DİGƏR XƏBƏRLƏR

Top