"Bakı Metropoliteni" yeni inşa olunan platforma və vestibül üçün 26 milyon manatlıq üzlük daş alır


"Bakı Metropoliteni" QSC tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Leading Supply Solutions” MMC (VÖEN- 1802002961) olub.
“Leading Supply Solutions” MMC  “Bakı Metropoliteni” QSC-nin III yeni (Bənövşəyi) xəttinə aid "Xocasən" elektrik deposuna aid platforma və vestibül üçün tələb olunan üzlük daşları satacaq. “Bakı Metropoliteni” QSC satın alacağı üzlük daşlar üçün “Leading Supply Solutions” MMC -yə 26 milyon 111 min 630 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, bugünə kimi "Bakı Metropoliteni" QSC, “Azərişıq” ASC və “Azərenerji” ASC-nin keçirdiyi tenderlərin qalibi olan “Leading Supply Solutions” MMC  14.02.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri Ziya Bünyadov, ev 152B, məhəllə 2075-də yerləşən MMC-nin qanuni təmsilçisi Əlizadə Bahadur Loğman oğludur.

DİGƏR XƏBƏRLƏR

Top