Uğur Şahin və Özlem Türeci daha bir xəstəliyin müalicəsi üçün hərəkətə keçdi


Almaniyanın “BioNTech” şirkəti tərfindən hazırlanan “BNT111” adlı mRNA tərkibli xərçəng dərmanı ilk dəfə bir xərçəng xəstəsi üzərində sınaqdan keçirilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “BioNTech”in təsisçisi Uğur Şahin şirkətin illik iclasında məlumat verib. Türk mütəxəssis bilidirib ki, sözügedən dərmanın xərçəngin müalicəsində ikinci dövr sınaqlarına start verilib və ilk sınaqda müsbət nəticə əldə olunub. Dərman bu günə kimi müalicəsi olmayan dəri xərçənginin müalicəsində istifadə olunacaq. Preparat üzərində tədqiqatlar hələ davam etdirilir. Bədənin immunitetini təmin edən subyektiv antikorlar əlavə edilmiş mRNA tərkibli dərman digər xərçəng növləri üçün də sınaqdan keçiriləcək.
Qeyd edək ki, türk cütlük Uğur Şahin və Özlem Türeci əvvəlcə xərçəng hüceyrələrinin müalicəsi üçün araşdırmalara başlasalar da, COVID-19 pandemiyasının ortaya çıxması ilə onların işi koronavirus peyvəndinin hazırlanmasına yönəlmişdi. Və uzun illər üzərində işlədikləri texnologiya ilə koronavirus vaskini hazırlaya bilmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top