Rusiyalı mütəxəssislər: "Peyvəndləmə tam bitənə qədər günəşlənmək olmaz"


"Vaksin vurdurduqdan sonra ilk üç gündə evdə qalmaq tövsiyyə olunur".
Yeniavaz.com
"TASS"a istinadla xəbər verir ki, bu sözləri Seçenov Universitetinin yoluxucu xəstəliklər üzrə kafedrasının rəhbəri Elena Volçkova deyib:
"Hal-hazırda havalar çox isti keçir. Buna görə də COVID-19 peyvəndinin hər iki dozasının vurulması prosesi tam bitənə qədər ən azı ilk üç gün günəş işığına məruz qalmaq məsləhət görülmür. Çünki, günəş işığının ultrabənövşəyi şüalarının çox təsir etməsi hüceyrə toxunulmazlığını zəiflədir".
Volçkova həmçinin qeyd edir ki, vaksin vurduqdan sonra yaranan əks təsirlər 3 gün ərzində keçməzsə, həkimə müraciət edilməlidir.
Peyvənd olunan şəxslərlə bağlı diqqət çəkən digər bir açıqlama isə Rusiyada vaksin istehsal edilən Qamaleya institunun rəhbəri Aleksandr Qintsburqdan gəlib. Onun sözlərinə görə, peyvənd vurduqdan sonra üzmək və çimmək məsləhət görülmür.

DİGƏR XƏBƏRLƏR

Top