Çörçilin çəkdiyi rəsm əsəri 1,8 milyon dollara satıldı


İngiltərənin keçmiş baş naziri Uniston Çörçilin 1921-ci ilin yayında yağlı boya ilə çəkdiyi rəsm əsəri Nyu-York hərracında 1,8 milyon dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Philips” auksion evinin saytında məlumat verilib.
Şəkil kətan üzərində çəkilib. 76 x 63,3 ölçüsündə olan şəkildə peyzaj təsvir olunub. Şəkil əvvəllər yunan sahibkara məxsus olub.
Qeyd edək ki, mart ayında Londonda Çörçilin daha bir əsəri 11, 6 milyon dollara satılıb. Həmin əsər amerikalı aktrisa Ancelina Coli tərəfindən satışa çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top