Azad – şeir


Yeniavaz.com
 Məhəmməd Xəlilovun "Azad" şeirini təqdim edir:

Bir səhra uçar göyə,
Yenə süzülər aşağı.
İntihar edən quşlar sayağı.
Adına qum saatı dediyimiz,
Bir şüşə qabın içində
Min-bir iztirabın içində.

Biz onunla xoşbətliyimizi ölçərkən,
Xoş dəqiqələri hesablarkən,
O illəri,əsrləri gözləyər,
Bu həbsxananı qırıb-çıxsın.
Günəşə baxsın.
Çaya axsın.

Bəlkə də onu ağrıtmaz
Nə zaman məhbəsi,
Nə məkan məhbəsi.
Onu ağrıdan da,
Ağladan da ,
Əsli qum olan şüşə divarlar olar.

Özü özündən çıxmamaqdı,
çıxa bilməməkdi.
Əşyanı da, insanı da məhbus edən,
Məyus edən.

İnsanlıq azadlıq növbəsində.
Vaxt da getmir.
Zaman da qum dənələri kimi
Sanki o qabın dibinə çöküb.
Hamı bir-birinə deyir
Dur o qum saatın çevir;
Vaxt getsin.
Heç olmasa 
Vaxtımız azad olsun.

DİGƏR XƏBƏRLƏR

Top