
Ermənistan Türkiyədən mal idxalına qoyulan qadağanın müddətini 6 ay uzadıb.
Yeniavaz.com "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan məlumat yayıb. O bildirib ki, Türkiyədən idxal 70 faizə qədər azalıb. Buna baxmayaraq inşaat materialları, geyim hazırlanması üçün müxtəlif parçalar, ayaqqabı hazırlanması üçün xam maddələr gətirilir. Hazır məhsulların isə Ermənistana buraxılması tamamilə dayandırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz