Bu şəxs 218 gündür COVID-19-a qalib gələ bilmir


Braziliyada bir şəxs artıq 218 gündür ki, koronavirusdan xilas ola bilmir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə San-Paulo Tibb Universitetinin tədqiqatçıları tərəfindən araşdırılır. Tədqiqatçılar bildirib ki, xəstəyə tətbiq etdikləri bütün testlərin nəticəsi pozitiv çıxır.
Xəstə yoluxduruculuq riski yüksək olduğu üçün 196 gün davamlı olaraq, həkimlərin nəzarətində qalıb. Onun üzərində aparılan seroloji testlərin heç birində antitellərin inkişaf etmədiyi aşkarlanıb.
Qeyd edək ki, xəstədən götürülən nümunələrdə virusun onun bədənində mutasiyaya uğradığı təsbit edilib.

DİGƏR XƏBƏRLƏR

Top