
Avstraliya 2021-ci ilin sonuna qədər İngiltərə-İsveç şirkətlərinin ortaq hazrıladığı "Vaxzevria" ("AstraZeneca") pevəndindən istifadəni dayandırır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avstraliya hökumətinin COVID-19 işçi qrupunun rəhbəri Con Fruen deyib. Onun sözlərinə görə, "AstraZeneca" vaksini milli peyvənd proqramından çıxarılaraq istifadəsi dayandırılacaq. Buna səbəb yan təsirlərinə görə 60 yaşınadək insanların istifadəsinin qadağan olunmasıdır: "Peyvənd proqramımıza daha çox “Pfizer” və “Moderna” vaksinlərini daxil etməyi planlaşdırırıq".