Ronaldu Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun Avropa çempionatının F qrupunun III turunda Fransaya vurduğu 2-ci qol onun üçün əlamətdar olub.

60-cı dəqiqədə penaltidən fərqlənən 36 yaşlı hücumçu yığmadakı qollarının sayını 109-a çatdırıb. Ulduz futbolçu bununla da İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu (109 qol) təkrarlayıb.

Növbəti qol Ronaldunu mütləq rekordçu edəcək. //Report

DİGƏR XƏBƏRLƏR

Top