Nazir müavini son günlər baş verən yanğınların əsas səbəblərini açıqladı – VİDEO


Bu gün AZTV-də “Çıxışa doğru” proqramında ölkədə kütləvi hal alan yanğınlar müzakirə olunub.

Verilişin qonaqları fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Milli Məclisin komitə sədri Sadiq Qurbanov məsələ ilə bağlı açıqlamalar veriblər.

E.Mirzəyev bildirib ki, son zamanlarda, demək olar ki, Azərbaycan rayonlarında, eləcə də, Bakıda intensivləşən yanğınların 90 faizi insan faktorundan qaynaqlanır:

“Biçilmiş sahələrin yandırılması yüz faiz insan faktorudur. Biçilməmiş sahələrin yandırılması da bu qəbildəndir. Burada ehtiyatsızlıq çox nadir hallarda ola bilər.

Meşə yanğınları təsadüf nəticəsində ola bilər. Kimsə piknik üçün meşəyə gedir, odu yaxşı söndürmür, bu, istəmədən ola bilər.

Yanğınların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Bunu da edirik. Maarifləndirmə, insanlarla söhbət, iş adamları, istirahət mərkəzlərini işlədənlərlə söhbətlər aparılır, qaydalara əməl etməyənlərə qarşı cərimə tətbiq edilir”.

Daha ətraflı videomaterialda:

 

DİGƏR XƏBƏRLƏR

Top