Yaşıl çaydan istifadə nə vaxt zərərli ola bilər?


Sağlam həyat yaşamaq üçün vitamin və mineral dəyərləri yüksək olan məhsullardan istifadə etmək lazımdır. Amma necə deyərlər, hər şeyin çoxu zərərli, azı isə daha xeyirlidir. Yaşıl çay insan bədəninə çox faydası olan məhsullardandır. Bəs görəsən əslində daha çox faydasını bildiyimiz yaşıl çaydan istifadə etməyin bizə nə kimi ziyanı ola bilər?
Yeniavaz.com
xəbər verir ki, antioksidan təsirə malik olan yaşıl çayın da qara çay kimi tərkibində kofein mövcuddur. Bu səbəbdən də yaşıl çaydan gün ərzində 2 dəfədən artıq istifadə etmək bədəndə kofeinin dərəcəsini yüksəldir. Yaşıl çaydan çox istifadə;
yuxu pozuntusuna,
qusma və ürək bulanmasına,
qulaqda əlavə səs-küy yaranmasına,
başgicəllənmə və əsəb pozuntusuna səbəb olur.
Bunu da unutmamaq lazımdır ki, yaşıl çaydan ac ikən istifadə etmək məsləhət görülmür.  Çünki belə olduğu halda yaşıl çay mədədə narahatlığa səbəb olur.
Xüsusilə müxtəlif böyrək, ürək-damar xəstəlikləri, qan laxtalanması kimi problemi olanlar şəxslərə yaşıl çaydan istifadə etmək məsləhət görülmür. Hamilə qadınların yaşıl çaydan istifadə etməməsi daha xeyirlidir. Uşaq əmizdirən analara da bu çaydan istifadə mələhətli deyil. Əks halda bu körpənin yuxu pozuntusuna səbəb ola bilər.
Aygün Zayıdova

 

DİGƏR XƏBƏRLƏR

Top