ABŞ İrandan idarə olunan bəzi veb saytların ələ keçirildiyini təsdiqlədi


ABŞ Ədliyyə Nazirliyi İran dövlət televiziyasına aid bəzi ərəb və ingilis dillərində yayımlanan veb saytları ələ keçirtdikləri iddiasını təsdiqləyib.
Yeniavaz.com
“Cumhuriyyet”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi yazılı açıqlma yayıb. Məlumatda deyilir ki, İranın Radio və Televiziya Birliyinin (IRTVU) istifadə etdiyi 33 veb sayt, eləcə də “Kataib Hizbullah” tərəfindən idarə olunan 3 sayt ABŞ-ın qoyduğu sanksiyaları pozduğu üçün ələ keçirilib.
Xəbərdə vurğulanır ki, IRTVU İran İnqilab Keşikçilərinin Qüds Gücü tərəfindən idarə olunduğu və ABŞ seçkiləri ilə bağlı yalan xəbər paylaşdığı üçün onlara qarşı sanksiya tətbiq olunub. Eyni zamanda “Kataib Hizbullah” ABŞ Xarici İşlər Nazirliyi tərəfindən terrorçu qrup kimi qeydiyyata alındığı üçün onlara məxsus saytlar da ələ keçirilib.
Qeyd edək ki, ələ keçirilmiş veb saytlar ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Ofisi və Federal Təhqiqat Bürosu (FTB) tərəfindən araşdırılıb. Saytların ələ keçirilməsi prosesi Milli Təhlükəsizlik Departamentinin Əks Kəşfiyyat və İxracata Nəzarət şöbəsi tərəfindən həyata keçirilib. Fəaliyyətləri dayandırılan qurum və təşkilatların ABŞ Xarici Resurlara Nəzarət Ofisi tərəfindən verilən lisenziayaları olmadığı üçün domen xidmətlərindən yararlana bilməyəcəklər.
 

DİGƏR XƏBƏRLƏR

Top