Mingəçevirdə yaşayış binasında yanğın olub


Mingəçevir şəhərində yerləşən yaşayış binalarından birində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 32 ünvanında qeydə alınıb.Belə ki, beşmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb.Hadisə zamanı xəsarət alan olmayıb.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top