Putin Kadırovla videokonfrans şəklində görüş keçirəcək


Rusiya prezidenti Vladimir Putin bu gün Çeçenistanın başçısı Ramzan Kadırovla videokonfrans şəklində görüş keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib:
"Gün ərzində prezidentin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla videokonfrans şəklində bir neçə görüşü planlaşdırılır".
Onun sözlərinə görə, bu görüş, Putinin bölgə rəhbərləri ilə Federasiyanın tərkib hissələrində işlərin vəziyyəti barədə məlumat verdikləri adi əlaqənin bir hissəsidir.
Kremlin sözçüsü, Putinin yeni səlahiyyət müddəti üçün Kadırovun namizədliyini dəstəkləmək niyyətində olub-olmadığı sualına cavab verməyib.
Bəsti Məmməd
 

DİGƏR XƏBƏRLƏR

Top