Çində koronavirusa görə bəzi məhdudiyyətlər 2022-ci ilə qədər uzadılır


Çin koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq etdiyi sərhəd məhdudiyyətlərini gələn ilin ortalarına qədər uzatmağa qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkənin səhiyyə orqanları bu qərarı COVİD-19-un yeni variantları ilə bağlı verib.
Çində 1 milyard 50 milyon doza vaksin tətbiq edilməsinə baxmayaraq, son sutkada yenidən 25  yoluxma faktı qeydə alınıb.
Ümumi yoluxma sayı 91 min 629-a yüksəlib. Ölkədə epidemiyanın başladığı gündən bəri 4636 nəfər ölüb.
Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top