Navalnıdan Putinə sərt sözlər: "İfşa olunacağını bilə-bilə yalan danışır"


Rus müxalif lider Aleksey Navalnı Rusiya Prezidenti Vladimir Putinin onun haqqında dediyi sözlərə qarşı öz fikrini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Navalnı Putinə qarşı fikirlərini sosial şəbəkə hesabından  bildirib: "Uzun müddət hakimiyyətdə qalmaqla əldə edilən pul və vəzifədən sui-istifadə etməyin zehniyyətini görün. O həmişə doğrudur. Bir kəlmə də yalan danışmır. Anında ifşa olunacağını bilə-bilə yalan danışır. Yalan danışmaqdan əl çəkə bilmir".
Qeyd edək ki, Putin 16 iyunda İsveçrənin Cenevrə şəhərində ABŞ prezidenti Co Baydenlə görüşdən sonra keçirilən mətbuat konfransı vaxtı Navalnının Rusiyanın qanunlarını pozduğunu və həbsə girərək, provakasiyaya yol açmaq istədiyini dilə gətirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top