DİN 2,3 milyon manatlıq mebel alır


DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinə (təkliflər sorğusu) yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Azəri-M” Şəxsi Sahibkar Şirkəti olub. Müsabiqənin şərtlərinə görə “Azəri-M” DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə 2 milyon 286 min manat dəyərində mebel və inventar satacaq.
Məlumat üçün qeyd edək ki, “Azəri-M” Şəxsi Sahibkar Şirkəti 09.09.1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 102 manat olan bu şirkət bugünə kimi bir sıra dövlət qurumlarına mebel avadanlıqları satıb. “Azəri-M” təxminən 15 gün əvvəl Penitensiar Xidmətin sifarişi əsasında cəzaçəkmə müəssisələrinə məhkumlar və əsgərlər üçün 328 min manat dəyərində çarpayı, kətil, dolab və digər mebel inventarları satıb.

DİGƏR XƏBƏRLƏR

Top