Argentinada COVID-19-a yoluxma və ölüm sayında rekord qeydə alındı


Argentinada COVID-19-a yoluxanların və həmin xəstəlikdən ölənlərin sayı artıb.
Yeniavaz.com
"Worldometers"ə istinadla xəbər verir ki, Argentinada son sutkada koronavirusa  21 min 387 nəfər yoluxub, 791 nəfər isə ölüb.
Verilən məlumata görə, bu göstərici pandemiya başlayandan bu günə kimi ən yüksək gündəlik yoluxma və ölüm sayıdır.
Qeyd edək ki, Argentinada COVID-19-a yoluxanların ümumi sayı 4 milyon 298 min 782 nəfər, ölənlərin sayı isə 90 min 281 nəfərdir. 3 milyon 928 min 389 min nəfər isə müalicə alaraq sağalıb.



 

DİGƏR XƏBƏRLƏR

Top