Mingəçevirdə dövlət qulluqçularının peşə bayramı qeyd olundu


Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərə hörmət və ehtiramlarını bildirdilər. Sonra şəhər İcra Hakimiyyətində davam edən tədbirdə ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yeniavaz.com
xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki,  iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Dövlət Qulluğu günü” elan edilmişdir, ölkəmizdə isə cənab Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən 23 iyun Dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram münasibətilə Mingəçevir şəhərində dövlət qurumlarında işləyən bütün dövlət qulluqçularını təbrik edən başçı sözlərinə davam etdi: 
"Bildiyiniz kimi cənab Prezident İlham Əliyevin dövlət qulluğu sahəsində apardığı bir çox islahatların nəticəsi olaraq bir neçə dəfə dövlət qulluqçularının əmək haqqında artımlar müəyyən edilmişdir. Bu yaxınlarda cənab İlham Əliyevin sərəncamı ilə dövlət qulluqçularının əmək haqqı yenidən artırılmışdır. Hazırda dövlət qulluqçularının təhsil səviyyəsinin və elmlərinin artırılması istiqamətində geniş imkanlar yaradılıb. Bütün bunlar cənab Prezidentin dövlət qulluqçularına diqqət və qayğısının təzahürüdür. Bu daimi diqqət və qayğıya görə hamımızın adından cənab Prezidentimizə təşəkkürümüzü bildirir, ona möhkəm can sağlığı, ölkəmizin inkişafı naminə həyata keçirdiyi bütün işlərdə uğurlar arzulayıram”.
 Daha sonra şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qüdrəti ilə ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs etdi.
Tədbirin sonunda dövlət qulluğunda çalışanlara 23 iyun Dövlət Qulluqçularının Peşə bayramı munasibətilə DİİXİHİ Mingəçevir şəhər komitəsi tərəfindən hədiyyələr təqdim edildi.
Azərbaycan Respublikasının Prezident iİlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncəma əsasən  Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Qurbanov Xanlar Fazil oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top