İsraildə yenidən koronavirusa yoluxma halı artdı


İsraildə 2 ay sonra koronavirus göstəricilərində yenidən artım baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin yeni baş naziri  Naftali Bennett “Ben Gurion” hava limanında ikən açıqlama verib. Nazir bildirib ki, 2 ay sonra ölkədə 125 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. O, məcburiyyət olmadığı halda xaricə gedilməməsini tövsiyyə edib. Bennett artımlarla əlaqədar olaraq COVID-19 mərkəzi qurulacağını qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top