
Nigeriyanın 2 əyalətində silahlı dəstələrə qarşı əməliyyat həyata keçirilib və onların 75 üzvü saxlanılıb, xeyli sayda qrup üzvü isə yaralı halda qaçıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya polisi məlumat verib. Bildirilib ki, əməliyyatlarda silahlı dəstələrə məxsus xeyli silah-sursat ələ keçirilib.
Qeyd edək ki, ötən il bu ölkədəki silahlı qruplar arasında baş verən münaqişə zamanı 3188 nəfər həyatını itirib.