"New York Times": Qaşıqçını öldürənlər ABŞ-da təlim keçiblər


Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçını öldürən qrupun 4 üzvünün ABŞ-da təlimlərdən keçdiyi iddia edilir.
Yeniavaz.com Türkiyə mətbutına istinadən xəbər verir ki,  bu barədə “New York Times” qəzeti məlumat yayıb. Qəzet təlimin müdafiə məqsədli və Səudiyyə liderlərinin qorunması üçün nəzərdə tutulduğunu qeyd edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ qanunlarına əsasən, sözügedən xəbərlə bağlı heç bir açıqlama verə bilməyəcəyini bildirib. Prays həmçinin vuğulayıb ki, bu mövzuda Səudiyyə Ərəbistanın qanunlarının aliliyini hörmətlə yanaşılmalıdır.
Qeyd edək ki, Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda öldürülmüşdü. O, “Washington Post” qəzetinin köşə yazarı olub.

DİGƏR XƏBƏRLƏR

Top