Filippində peyvənd vurdurmayanlar həbs olunacaqlar


Filippin prezidenti Rodriqo Duterte ölkədə fəaliyyət göstərən peyvənd mərkəzlərinin boş qalmasına etiraz edərək, əhaliyə səslənib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, prezident əhalini 2 seçim qarşısında qoyaraq, ya peyvənd olunmağı ya da həbs olunmağı seçmələrini təklif edib: “Məni səhv başa düşməyin, bu ölkədə böhran yaşanır. Filippinlilərin hökuməti dinləməməsi məni narahat edir. Seçiminizi edin, ya peyvənd olunarsınız, ya da həbsə atdıraram”.
Qeyd edək ki, bundan əvvəl Filippində tibb işçiləri peyvəndlənmə prosesinin məcburi deyil, könüllü olduğunu bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top