Hərbçilərimiz Türkiyədə təlimlərə başladı - VİDEO


Türkiyənin Konya şəhərində “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
NATO-nun faktiki iştirakı ilə keçirilən beynəlxalq “Anadolu Qartal-2021” təlimində Azərbaycan, Qətər, Pakistan hərbçiləri iştirak edir. Təlim bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və kombinə əməliyyatlar üçün təlim səviyyələrini artırmaq məqsədi daşıyır. Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MiQ-29” qırıcı və 2 ədəd “Su-25” hücum təyyarəsi iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top