Sumqayıtda usta hündürlükdən yıxılaraq ölüb


Sumqayıtda bədbəxt hadisə baş verib.

Hadisə şəhərin Novxanı bağları yaşayış massivində qeydə alınıb.
Belə ki, bağ evlərindən birində aparılan tikintidə usta işləyən 1966-cı il təvəllüdlü Süleymanov Yaşar Cümşüd oğlu hündürlükdən yıxılıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan 55 yaşlı kişini xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(APA)

DİGƏR XƏBƏRLƏR

Top