Tənbəl bağırsaq sindromu nədir?


Tənbəl bağırsaq sindromu, qısaca qəbizlik bir çox insanda tez-tez rast gəlinən haldır. Bu problemin bağırsaq tənbəlliyi və qəbizlik olduğu təhlil və müayinələrdən sonra üzə çıxır. Çox insanın ortaq problemi olan patalogiya qəbizlik, qarında köp, ağırlıq və ağrılar, davamlı baş ağrısı, iştahazsızlıq və ürəkbulanması kimi simptomlarla özünü göstərir. Sözügedən problemdən əziyyət çəkən insanlarda əksərən babasil və analçatı kimi fəsadlar yaranır. Xəstəlik vaxtı orqanizmdəki proseslər və həzm prosesi ləngiyir. Bundan sonra xroniki və çətin müalicə olunan qəbizlik inkişaf edir.

Necə adlandırmanızdan asılı olmayaraq bu problem xüsusilə yaşlı və ya zəifləmiş insanlarda, eləcə də yataq xəstələrində baş qaldırır.

Bəs tənbəl bağırsaq sindromu və ya qəbizliyin yaranma səbəbləri nələrdir?
Nizamsız və qeyri-sağlam qidalanma;
Mütəmadi olaraq qəbizlik əleyhinə dərmanlardan istifadə etmək;
Az su içmək;
Qidalanmada meyvə, tərəvəz, göyərti məhsullarından, eləcə də paxlalılardan az və ya heç istifadə etməmək;
Bağırsaqda bitişmələr, şişlər;
Qalxanvari vəzi xəstəliyi-hipotireoz...

Tənbəl bağırsaq sindromu və ya qəbizliyin qarşısı necə alına bilər?

Tənbəl bağırsaq sindromunun qarşısının alınması üçün vaxtında ayaqyolu ehtiyacı qarşılanmalıdır. Bundan başqa bu problemdən əziyyət çəkən şəxslər
idmanla məşğul olmalı,
hər gün ən azı yarım saat yürüş etməli,
lifli qidalardan istifadə etməli,
diyetlərə əməl etməli,
bol maye qəbul etməlidirlər.
Sağlam olun!

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top