Bakıda ağaclıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB+VİDEO


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Müki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb olunub. Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa zamanda yanğının ətrafa yayılmasının qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.


***17:34
Bakıda ağaclıq ərazidə yanğın olub.
Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

 

DİGƏR XƏBƏRLƏR

Top