"İstənilən an epidemioloji vəziyyət gərginləşə, karantin qaydaları sərtləşə bilər" – Adil Qeybulla


"Delta" ştammı ikiqat mutasiyaya uğramış Hindistan ştammıdır və Hindistanda artıq 400 min nəfərə qədər insan təlafatına gətirib çıxarıb”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, virusun bu forması kifayət qədər yoluxucu və narahat bir ştammdır:
"Hesab edirəm ki, biz bunu ciddi şəkildə nəzərə almalıyıq. Düzdür,  bu gün vaksin istehsal edən ölkələr iddia edirlər ki, peyvəndləmə bunu tam əhatə edir, bu ştamma qarşı həssaslığını saxlayır, amma biz buna tam arxayın ola bilmərik. "Delta" ştammının dünyaya yayılması ciddi narahatlıq doğurur. Bu dördüncü dalğa və ya yeni pandemiyaya gətirib çıxara bilər. Hazırki mərhələdə kollektiv immunitetə yaxınlıq var. Bu baxımdan ölkədə xeyli insanın vaksinasiya olunması, xəstəlik keçirənlərin immunitetinin formalaşması bizi kollektiv immunitetə yaxınlaşdırır. Bütün bunlara baxmayaraq, biz qətiyyən arxayın olmamalıyıq. Bir şeyi də nəzərə almalıyıq ki, istənilən an epidemioloji vəziyyət gərginləşə, karantin qaydaları sərtləşə bilər. Hətta vaksinasiya icbari xarakter də daşıya bilər. Ona görə də qapalı mühitdə karantin davranışlarının gözlənilməsi şərt olaraq qalır".
Qeyd edək ki, "Delta" ştammı indiyədək dünyanın 80-dən çox ölkəsində qeydə alınıb.

Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top