
Bu gün səhər saatlarında erməni siyasətçi Mihran Hakopyanın avtomobilinə əl qumbarası atılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə politoloq Hrant Melik-Şahnazaryan öz feysbuk hesabında paylaşım edib. Onun dediklərinə görə, partlayış nəticəsində heç bir can itkisi yoxdur. Yalnız ətraf ərazidə olan maşınlara ziyan dəyib.
Hadisəni kimin törətdiyi bəlli deyil.
Tətbiqimizi yükləyə bilərsiniz