
Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların nəzarətində olan Xankəndi şəhərində ermənilər separatçıların başçısı Araik Arutyunyana qarşı etiraz aksiyası keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Etirazçılar Arutyunyan və ətrafından narazı olduqlarını onların ermənilərə qarşı addım atdıqlarını bildiriblər.
Aksiya iştirakçıları Arutyunyana “xain”, “get!” şüarları səsləndiriblər.