Bir gündə 12 mindən çox rusiyalı turist Antalyaya gələcək


Rusiya tərəfindən 2 ay müddətinə tətbiq edilən uçuş məhdudiyyətindən sonra ilk turist qrupu bu gün Antalyaya gəlib.
Yeniavaz.com
xəbər verir ki, Rusiya tərəfindən 15 aprel tarixində koronavirus səbəbilə başladılan Türkiyəyə uçuş məhdudiyyəti 22 iyun tarixində sona çatıb. Rusiyalı turistlər 2 aylıq fasilədən sonra yenidən Türkiyə və Antalyaya gəlməyə başlayıblar. Gələn turist qrupu termal kameralardan keçərək hava limanına daxil olub. Epidemiya tədbirləri çərçivəsində qarşılanan turistlər qalacaqları otellərə çatdırılıb.
Qeyd edək ki, gün ərzində 44 təyyarə ilə şəhərə 12 mindən çox sərnişinin gəlməsi gözlənilir.
Bəsti Məmməd
 

DİGƏR XƏBƏRLƏR

Top