İtaliyada açıq havada maska taxmaq qadağası bu tarixdə ləğv edilir


İtaliyanın Səhiyyə naziri Roberto Speranza, 28 iyundan etibarən açıq ərazidə maskadan istifadə etmək məcburiyyətinin ləğv ediləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri öz tviter hesabında paylaşım edib.
O bildirib ki, Koronavirus Elmi-Texniki Komitəsinin müəyyən etdiyi ehtiyat tədbirlərinə uyğun olaraq, 28 iyundan etibarən ağ (aşağı riskli) kateqoriyalı bölgələrdə açıq havada maska ​​taxmaq məcburiyyəti aradan qalxacaq.
Qeyd edək ki, son vaxtlar İtaliyada günlük yoluxma sayı 1000-dən, ölüm sayı isə 50-dən aşağı düşüb.
Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top