Hindistanda COVID-19-a yoluxanların sayı azaldı


Yeni növ koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan Hindistanda həmin xəstəliyə yoluxan və ölənlərin sayı azalıb.
Yeniavaz.com
"Worldometers"ə istinadla xəbər verir ki, Hindistanda son 24 saat ərzində COVID-19-a 39 min 96 nəfər yoluxub, 846 nəfər isə ölüb.
Verilən məlumata görə, Hindistanda bir müddətdir, koronavirusa yoluxanların sayı 100 mindən, ölənlərin sayı isə 3 mindən çox idi.
Qeyd edək ki, Hindistanda COVID-19-a yoluxanların ümumi sayı 29 milyon 977 min 861 nəfər, ölənlərin sayı isə 389 min 302 nəfərdir. 28 milyon 926 min 38 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top