Bakıda gənc məktub yazaraq özünü biznes mərkəzindən atıb – VİDEO


“Azure” biznes mərkəzinin 15-ci mərtəbəsindən düşən gəncin intihar etdiyi məlum olub.

1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atıb.

O, özünü binadan atmamışdan əvvəl məktub yazıb.

Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.



***11:10

Bakıda “Azure” biznes mərkəzində ölüm hadisəsi baş verib.

Binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən 1999-cu il təvəllüdlü Elvin Məmmədov adlı şəxsin yıxıldığı ehtimal edilir.

Hadisənin intihar və ya ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aprılır. //Report

DİGƏR XƏBƏRLƏR

Top