
Azərbaycanlı yazıçı Varis Yolçuyevin əsəri Almaniyada işıq üzü görüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yazıçı öz "Facebook" hesabında paylaşım edib.
Belə ki, “Sülh kitabı”nda dünya yazıçıları ilə birlikdə Varis Yolçuyevin də əsəri çap olunub.
O qeyd edib ki, “Payız natürmortu” adlı əsərində 30 ilə yaxın işğal altında qalmış Azərbaycan ərazilərində erməni faşizminin vandallıq nümunələri öz əksini tapıb.
Bəsti Məmməd