
Şərqi Qüdsün Şeyx Cərrah məhəlləsində İsrail polisi ilə toqquşmalarda ən azı 20 fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatında deyilir. Bildirilib ki, məhəllədəki toqquşmalar bu gün davam edib. İsrail təhlükəsizlik qüvvələri səs bombası və gözyaşardıcı qazdan istifadə edib.