Səddam Hüseynin kürəkəni 18 il sonra azadlığa buraxılıb


İraq məhkəməsi ölkənin keçmiş lideri Səddam Hüseynin kürəkəni Camal Mustafanı 18 ildən sonra azadlığa buraxıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İraq Ədliyyə Nazirliyi məlumat verib. Bildirilib ki, Camal Mustafanın şübhəli bilindiyi cinayət işində lazım olan sübutlar ortaya çıxmadığı üçün məhkəmə ləğv edilib.
Qeyd edək ki, Səddam Hüseynin kiçik qızı Halanın həyat yoldaşı 66 yaşlı Camal Mustafa İraq ordusunda polkovnik vəzifəsində işləyib. 2003-cü ildə ABŞ-ın İraqa daxil olmasından sonra Camal Mustafanın adı axtarılanlar siyahısında olduğu üçün həbs olunub. 2017-ci ildə İraq parlamenti tərəfindən Səddam Hüseynin, həyat yoldaşının, eləcə də onların övladlarının, birinci və ikinci dərəcəli qohumlarının daşınan və daşınmaz əmlakına əl qoyulması üçün qanun çıxarılıb və həmin vaxt Camal Mustafanın da əmlakı əlindən alınıb.
 

DİGƏR XƏBƏRLƏR

Top