İranın yeni prezidentindən ilk açıqlama


İranın yeni prezidenti İbrahim Rəisi ölkəyə dəyişiklik gətirəcəyini, korrupsiya və yoxsulluğa qarşı mübarizə aparacağını vəd edib.
Yeniavaz.com
"TASS"a istinadla xəbər verir ki, bu barədə İbrahim Rəisi keçirilən mətbuat konfransında danışıb:
"İran xalqının mesajı dəyişiklikdir. İran xalqının mesajı ədalətə çatmaqla yanaşı korrupsiya, yoxsulluq və ayrı-seçkiliklə mübarizədir. Yeni Hökumətin prioritetləri ticarət mühitinin, insanların həyatının və hökumətdəki vəziyyətin yaxşılaşdırılması, habelə inzibati sistemin islahatı və dəyişikliyə mane olan ənənəvi bürokratiyanın aradan qaldırılması olacaq".
Qeyd edək ki, İbrahim Rəisi 18 iyun tarixində keçirilən prezident seçkilərində 48,8 faiz səs çoxluğu qalib gəlib.


 

DİGƏR XƏBƏRLƏR

Top