İtaliyada COVID-19-a gündəlik yoluxma və ölüm sayı azalıb


İtaliyada son sutka ərzində yeni növ koronavirusa yoluxanların və həmin xəstəlikdən ölənlərin sayı azalıb.
Yeniavaz.com
"Worldometers"ə istinadla xəbər verir ki, İtaliyada son 24 saat ərzində COVID-19-a 881 nəfər yoluxub, 17 nəfər isə ölüb.
Verilən məlumatlara görə, İtaliyada bir müddətdir, koronavirusa yoluxanların sayı mindən, ölənlərin sayı isə 30-dan yuxarı idi.
Qeyd edək ki, İtaliyada COVID-19-a yoluxanların ümumi sayı 4 milyon 252 min 976 nəfər, ölənlərin sayı isə 127 min 270 nəfərdir. 4 milyon 37 min 996 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top