Simonyan uşaqlarına türklərə qarşı mahnı oxudub sosial şəbəkədə paylaşdı – VİDEO


“Rossiya Seqodnya”, “Ria Novosti”, “Sputnik” kimi məşhur media qurumlarının baş redaktoru erməni əsilli Marqarita Simonyan tviterdə türklərə qarşı video paylaşıb. 
Yeniavaz.com
xəbər verir ki, həmin videoda Simonyanın qızı Maryana və oğlu Baqrat “Zartnir, lao!” (“Oyan, oğul!”) adlı erməni mahnısını ifa ediblər. Video, “Ermənistandakı seçkilərə həsr olunur” sözləri ilə paylaşlıb. 
Qeyd edək ki, həmin mahnının sözləri erməniləri türkləri öldürməyə və onlarla mübarizəyə səsləyən, terrorçu-kamikadze, daşnak Arabonun (Arakel Mxitaryan) yazdığı şeirdən götürülüb.
Xatırladaq ki, 2019-cu ildə Marqarita Simonyan buna bənzər bir addım atmışdı. O, Moskvadakı restoranların birində erməni diasporasının üzvlərilə birgə həmin mahnını oxuyaraq sosial şəbəkələrdə paylaşmışdı. 

DİGƏR XƏBƏRLƏR

Top