Morqda meyitin yarılmaması üçün rüşvət istənilməsi barədə məlumatlar araşdırılır


Prokurorluq sosial şəbəkələrdə Lənkəran Patoloji Anatomiya Birliyində yol qəzasında ölən şəxsin meyitinin yarılmaması müqabilində 600 manat rüşvət istənilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluqdan Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, həmin fakt hazırda Lənkəran rayon Prokurorluğunda araşdırılır: "Araşdırmanın nəticəsindən aslı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəran Patoloji Anatomiya Birliyində rüşvət faktı ilə bağlı video materiallar yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top