Kremldən açıqlama: "Nikol Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük"


"Əlbəttə, arzu edirik ki, erməni xalqının bu seçimi ölkənin hazırda yaşadığı çətinliklərin öhdəsindən gəlməyə kömək etsin".

Yeniavaz.com TASS-a istinadən bidirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov deyib kİ, Moskva Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara etibar edir: “Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük. Erməni xalqını seçimi münasibətilə təbrik edirik".
Peskov daha sonra qeyd edib ki,  Ermənistanın Rusiyanın ən yaxın müttəfiqi və ortağıdır.
Qeyd edək ki, bazar günü Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. MSK-ya görə, bütün seçki məntəqələrindəki bülletenlər sayıldıqdan sonra Paşinyanın "Mülki Müqavilə" partiyası 53,92%, Robert Köçəryanın "Ermənistan" bloku 21,04% səs əldə edib. Keçmiş prezident Serj Sarkisyanın "Mənim şərəfim var" bloku 7%-lik barajı aşmasa da, ən yüksək üçüncü göstəriciyə sahibdir. Qanuna görə parlamentdə ən az üç siyasi qüvvə olmalı olduğundan, "Mənim şərəfim var" bloku seçkilərdə üçüncü yeri tutaraq qanunverici orqana daxil olacaq.

DİGƏR XƏBƏRLƏR

Top