“American Airlines” yüzlərlə uçuşu təxirə saldı


ABŞ-da pis hava şəraiti iyulun 15-nə kimi yüzlərlə aviareysin təxirə salınmasına səbəb olub.

Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bu barədə “Stacy Day” aviaşirkətinin rəsmisi məlumat verib. Şirkət səlahiyyətlisi bildirib ki, iyun ayının ilk günlərində baş vermiş ağır hava şəraiti uçuşlarda gecikmələrə və təxirə salınmalara səbəb olub. Həmçinin koronavirus pandemiyası ilə əlaqədar olaraq işçi çatışmazlığı yaranıb ki, bu da müştərilərlə əlaqə saxlmaqda çətinlik törədib. Xəbərdə deyilir ki, uçuş qrafiklərinin dəyişdirilməsi əsasən iri aviaşirkətlərin işinə təsir edəcək.
Qeyd edək ki, ötən həftə sonu 301 aviareys təxirə salınıb. Bu gün isə təxminən 100 uçuş təxirə salınıb.

 

DİGƏR XƏBƏRLƏR

Top