Bakıda bu qədər məktəb Milli Qəhrəman və şəhid adı daşıyır


Paytaxtda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, İdarənin tabeloyində olan ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbdə “Zəfər tarixi” muzeyi yaradılıb.

Muzeydə Azərbaycanın Milli Qəhrəmanları, şəhid təhsil işçiləri, ermənilərin təcavüzü nəticəsində həlak olan məktəblilər haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır.

DİGƏR XƏBƏRLƏR

Top