
Myanmada baş verən qarşıdurmalar nəticəsində 10 minə yaxın insan Hindistan və Tailand sərhədinə sığınıb.
Yeniavaz.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT açıqlama verib. Təşkilat bildirib ki, ölkədə baş verən qarşıdurmalar nəticəsində bu günə qədər 175 min nəfər yaşadığı ərazidən məcburi köçürülüb. 10 min nəfər isə Hindistan və Tailand sərhədinə sığınıb.
Qeyd edək ki, fevralın 1-də Myanmada ordu hakimiyyəti ələ keçirmişdi
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                